Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 958

Çağırılan yerə ərinmə, çağrılmayan yerdə görünmə.

Atalar sözü ID - 959

Çağırılmamış qonaq süpürülməmiş yerdə oturar.

Atalar sözü ID - 960

Çağırram - eldən ayıb, çağırmanam - it itdi.

Atalar sözü ID - 961

Çax-çax edən nalçadır, iş bitirən axçadır.

Atalar sözü ID - 962

Çaqqal güləndə toyuq qaqqıldar.

Atalar sözü ID - 963

Çaqqal var gödən çıxarır, qurdun adı bədnamdı.

Atalar sözü ID - 964

Çaqqalın yuxusuna toyuq gələr.

Atalar sözü ID - 965

Çala-çala çalağan olar.

Atalar sözü ID - 966

Çalağan göydə dolanar, cücənin ürəyi bulanar.

Atalar sözü ID - 967

Çalış ki, dostun olsun, düşmən ocaq başında.

Atalar sözü ID - 968

Çamura daş atma, üzünə sıçrar.

Atalar sözü ID - 969

Çanaxda balın olsun, Yəməndən arı gələr.

Atalar sözü ID - 970

Çapqınçı ol, insafı əldən vermə.

Atalar sözü ID - 971

Çarəsiz dərdə Loğman da acizdir.

Atalar sözü ID - 972

Çarığını əsirgəməyən patavasın da qoyar üstünə.

Atalar sözü ID - 973

Çarvadara yol göstərməzlər.

Atalar sözü ID - 974

Çay min olar, çeşmə bir.

Atalar sözü ID - 975

Çaya çatmamış çarığını çıxarma.

Atalar sözü ID - 976

Çayın daşı, çölün quşu.

Atalar sözü ID - 977

Çayır dedi: yeddi il leylək yuvasında qaldım, yerə düşüb genə atamın vətənin itirmədim.

Atalar sözü ID - 978

Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı!

Atalar sözü ID - 979

Çəkmə, çəkmə bu dərdi, çəkən bilər bu dərdi.

Atalar sözü ID - 980

Çəkmə namərd minnətin, get qürbətdə dolan gəz.

Atalar sözü ID - 981

Çəltik xatirinə suluflar da su içir.

Atalar sözü ID - 982

Çəngi ölüsü dəf-dumbulla basdırılar.

Atalar sözü ID - 983

Çənginin qazandığı ənliyə, kirşana gedər.

Atalar sözü ID - 984

Çərçi başındakını da satar.

Atalar sözü ID - 985

Çərçi kisəsindəkini satar.

Atalar sözü ID - 986

Çərçi qızı mıncığa aşıq olar.

Atalar sözü ID - 987

Çərçinin andı eşşəyinə qənim olar.

Atalar sözü ID - 988

Çəkişməsən bərkişməzsən.

Atalar sözü ID - 989

Çıxan ay doğuşundan bəllidi.

Atalar sözü ID - 990

Çıxan can geri dönməz.

Atalar sözü ID - 991

Çıxan qan damarda qalmaz.

Atalar sözü ID - 992

Çıxan qız çığdan baxar.

Atalar sözü ID - 993

Çıxmayan cana umud çoxdur.

Atalar sözü ID - 994

Çınqı balacadı, odu böyük.

Atalar sözü ID - 995

Çıraq keçənə yaxın çox işıq verər.

Atalar sözü ID - 996

Çıraq öz dibinə işıq salmaz.

Atalar sözü ID - 997

Çibin qana yığılar.

Atalar sözü ID - 998

Çirkaba daş atma, üstünə sıçrar.

Atalar sözü ID - 999

Çirki çirk aparar, hayıf oynaş paltarı.

Atalar sözü ID - 1000

Çirkin bəzənincə toy keçər.

Atalar sözü ID - 1001

Çirkin üzün gizlədər, göyçək budaqlar gəzər.

Atalar sözü ID - 1002

Çirkinim, gözlə, gedim gözəl axtarım, tapmadım gözəlimsən ki, gözəlim.

Atalar sözü ID - 1003

Çirkinliyin Allahdan, üz yumamağın nədən?!

Atalar sözü ID - 1004

Çiy ətdən nənə də bezardır, bala da.

Atalar sözü ID - 1005

Çiy süd əməndən eyilik gözləmə.

Atalar sözü ID - 1006

Çiynənən saqqız çürür.

Atalar sözü ID - 1007

Çoban çox olanda qoyunu qurd yeyər.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed