Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 3918

Zalıma Allah bəla verər.

Atalar sözü ID - 3919

Zalımın çörəyi dizi üstə olar.

Atalar sözü ID - 3920

Zalımın qılıncından kasıbın ahı pisdi.

Atalar sözü ID - 3921

Zaman keçər, söz qalar.

Atalar sözü ID - 3922

Zaman sənə saz olmasa, sən zamana saz ol.

Atalar sözü ID - 3923

Zamana ilə düzəlişən həmişə rahatdır.

Atalar sözü ID - 3924

Zamanaya bax, ayıya qaval çaldırır.

Atalar sözü ID - 3925

Zəhmət çəkməyən bal yeməz.

Atalar sözü ID - 3926

Zəhmət çəkməyən rahatlığın qədrin bilməz.

Atalar sözü ID - 3927

Zəhməti bülbül çəkər, gülü qucar yenə xar.

Atalar sözü ID - 3928

Zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir.

Atalar sözü ID - 3929

Zəhmətsiz bal yeməzlər.

Atalar sözü ID - 3930

Zəhmətsiz rəhmət olmaz.

Atalar sözü ID - 3931

Zəncir aslan üçündür.

Atalar sözü ID - 3932

Zər ilə olan zor ilə olmaz.

Atalar sözü ID - 3933

Zər qədrini zərgər bilər.

Atalar sözü ID - 3934

Zərbə həməşə ağrıyan yerə dəyər.

Atalar sözü ID - 3935

Zərərin yarısından qayıtmaq da qazancdır.

Atalar sözü ID - 3936

Zindana səbr eləyən axırı taxta çıxar.

Atalar sözü ID - 3937

Zirək quş dimdiyindən tələyə düşər.

Atalar sözü ID - 3938

Ziyan ağudan acıdır.

Atalar sözü ID - 3939

Ziyankardan qəza əskik olmaz.

Atalar sözü ID - 3940

Zoğal dərənimiz də var, səbət hörənimiz də.

Atalar sözü ID - 3941

Zor ilə gözəllik olmaz.

Atalar sözü ID - 3942

Zor qapıdan gələndə haqq bacadan qaçar.

Atalar sözü ID - 3943

Zora dağlar dayanmaz.

Atalar sözü ID - 3944

Zorla gedən köpək qoyuna fayda verməz.

Atalar sözü ID - 3945

Zurnaçı zorun üzünə verər.

Atalar sözü ID - 3946

Zülm ilə abad olan bir gün gəlir bərbad olur.

Atalar sözü ID - 3947

Zülmət daşıdı, götürən də peşmandı, qoyan da.

Atalar sözü ID - 3948

Zülmün axırı olmaz.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed