Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 3128

Padarın ulağı zağada yatar, qonağı çöldə.

Atalar sözü ID - 3129

Padşahı da arxasınca söyərlər.

Atalar sözü ID - 3130

Padşahın ayağı dəyən yerdə yeddi il ot bitməz.

Atalar sözü ID - 3131

Padşahsız nağıl olmaz.

Atalar sözü ID - 3132

Paxıl artsa, qurd artar.

Atalar sözü ID - 3133

Paxıl olma, qüssən olmasın.

Atalar sözü ID - 3134

Palaza bürün, elnən sürün.

Atalar sözü ID - 3135

Paltarın çirki yumaqla, ürəyin çirki deməklə.

Atalar sözü ID - 3136

Pambıq satan ağ itdən qorxar.

Atalar sözü ID - 3137

Pambıqçının ağ itdən zəhləsi gedər.

Atalar sözü ID - 3138

Pampağa papağı ağırlıq eləyər.

Atalar sözü ID - 3139

Papağı isti-soyuqdan ötrü qoymurlar.

Atalar sözü ID - 3140

Papaq namus üçündür.

Atalar sözü ID - 3141

Papaqçının könlü olsa, bir dəridən doqquz papaq tikər.

Atalar sözü ID - 3142

Paslı dəmirdən qılınc olmaz.

Atalar sözü ID - 3143

Payını yalqız yeyən tayın yalqız qaldırar.

Atalar sözü ID - 3144

Peyğəmbər öz canına dua eləyib.

Atalar sözü ID - 3145

Peyğəmbərlərdə bəs niyə Cərcisi tapdın?!

Atalar sözü ID - 3146

Pəzəvəngin axırı dərviş olar.

Atalar sözü ID - 3147

Pıç-pıç ev yıxar.

Atalar sözü ID - 3148

Pıç-pıç Mustafa xanı qaçırtdı.

Atalar sözü ID - 3149

Pilovun yağlısın yeyən yaxşı fatihə oxuyar.

Atalar sözü ID - 3150

Pinəçinin mayası iynəynən bizdi.

Atalar sözü ID - 3151

Pir mənimdir, kəramətin bilirəm.

Atalar sözü ID - 3152

Pis günün ömrü az olar.

Atalar sözü ID - 3153

Pis olmasa, yaxşının qədri bilinməz.

Atalar sözü ID - 3154

Pis söz yiyəsinə qayıdar.

Atalar sözü ID - 3155

Pisi dalına mindir, ya dalına min, ikisi də birdir.

Atalar sözü ID - 3156

Pisliyi torpağa əkdilər, göyərmədi.

Atalar sözü ID - 3157

Pişik atası xeyrinə siçan tutmaz.

Atalar sözü ID - 3158

Pişik balasını istədiyindən yeyər.

Atalar sözü ID - 3159

Pişik balasını külə bulayıb yeyər.

Atalar sözü ID - 3160

Pişik olmayan yerdə siçanlar baş qaldırar.

Atalar sözü ID - 3161

Pişiyi dara qısnayanda dönər üzünü cırmaqlar.

Atalar sözü ID - 3162

Pişiyin ağzı ətə çatmayanda deyər qoxuyubdu.

Atalar sözü ID - 3163

Pişiyin dərdi iti öldürər.

Atalar sözü ID - 3164

Pişiyin gözü siçan deşiyində olar.

Atalar sözü ID - 3165

Pişiyin könlü samanlıq idi, it də qovdu saldı samanlığa.

Atalar sözü ID - 3166

Pişiyin qonaq yeri samanlıqdır.

Atalar sözü ID - 3167

Pitiklə donuz darıdan çıxmaz.

Atalar sözü ID - 3168

Piyada atlıya gülməsə, bağrı çatlar.

Atalar sözü ID - 3169

Piyadanın qaydasıdır atlıya gülər.

Atalar sözü ID - 3170

Polad sınar, əyilməz.

Atalar sözü ID - 3171

Pul can yonqarıdır.

Atalar sözü ID - 3172

Pul kəsəni qılınc kəsməz.

Atalar sözü ID - 3173

Pul verəndə mollanı meçiddə aldadallar.

Atalar sözü ID - 3174

Pulda vəfa olsaydı, əldən-ələ keçməzdi.

Atalar sözü ID - 3175

Pullu adamdan bəla da qorxar.

Atalar sözü ID - 3176

Pulu pul qazanar, yaxşı igid palçıq basar.

Atalar sözü ID - 3177

Pulun getdiyinə baxma, işin bitdiyinə bax.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed