Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 744

Bir qız bir oğlanındı.

Atalar sözü ID - 745

Bir qoyundan iki dəri çıxmaz.

Atalar sözü ID - 746

Bir qoz üçün daş atılmaz.

Atalar sözü ID - 747

Bir qulğuna min qırğına səbəbdir.

Atalar sözü ID - 748

Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli saxlar.

Atalar sözü ID - 749

Bir müştəriyçün dükan açılmaz.

Atalar sözü ID - 750

Bir naxırın adını bir ala dana batırar.

Atalar sözü ID - 751

Bir napakdan qorun, bir də köpəkdən.

Atalar sözü ID - 752

Bir pakın duası, bir napakın duası.

Atalar sözü ID - 753

Bir olsun, pir olsun.

Atalar sözü ID - 754

Bir sözün min bir budağı var.

Atalar sözü ID - 755

Bir sözünü beş batman balla yemək olmur.

Atalar sözü ID - 756

Bir su ki girdi qaba, oldu içməli.

Atalar sözü ID - 757

Bir su ki məni axıdır, mənim üçün dəryadır.

Atalar sözü ID - 758

Bir şəhərə getdin gördün hamı kor, sən də - kor.

Atalar sözü ID - 759

Bir tabaq kütüm olsa, biri sənə yoxdu.

Atalar sözü ID - 760

Bir talada iki axsaq ceyran olmaz.

Atalar sözü ID - 761

Bir təpə yıxılar, bir dərə dolar.

Atalar sözü ID - 762

Bir tikəni bilməyən min tikəni də bilməz.

Atalar sözü ID - 763

Bir tikənin qırx il haqqı var.

Atalar sözü ID - 764

Bir tikəylə dağ aşmaq olar.

Atalar sözü ID - 765

Bir torba dəni var, beş dəyirmana üyütməyə gedir.

Atalar sözü ID - 766

Bir ürəkdə iki sevgi olmaz.

Atalar sözü ID - 767

Bir var Koroğlu, bir də var kor kişinin oğlu.

Atalar sözü ID - 768

Bir vermə, bir də dilər, yatmağa yer də dilər.

Atalar sözü ID - 769

Bir vuran min vur deyəndən yaxşıdır.

Atalar sözü ID - 770

Bir vurmaqla ağac yıxılmaz.

Atalar sözü ID - 771

Bir yaxşıdan ötrü - ha gəzməsən yüz il gəz!

Atalar sözü ID - 772

Bir yandan bağlayan bir yandan açar.

Atalar sözü ID - 773

Bir yerdə otur ki, durmayasan.

Atalar sözü ID - 774

Birə də ho de, minə də ho de!

Atalar sözü ID - 775

Birə dəyməz, mini bəyənməz.

Atalar sözü ID - 776

Biri acından şalvarın satırdı, dedilər: nisyə verərsənmi?

Atalar sözü ID - 777

Biri itməyincə biri bitməz.

Atalar sözü ID - 778

Biri körpü tapmır keçə, biri su tapmır içə.

Atalar sözü ID - 779

Biri mənim, biri bəndənin, birini də nazlı yara göndərim.

Atalar sözü ID - 780

Biri minə bağlıdır, mini də birə.

Atalar sözü ID - 781

Biri od olanda biri su olsun gərək.

Atalar sözü ID - 782

Biri ölməsə, biri dirilməz.

Atalar sözü ID - 783

Biri palçığa batıb, biri də yanında yatıb.

Atalar sözü ID - 784

Biri vardı gecədən, biri də düşdü bacadan.

Atalar sözü ID - 785

Biri yeyər, biri baxar - qiyamət onda qopar.

Atalar sözü ID - 786

Birin gör - fikir elə, birin gör - şükür elə.

Atalar sözü ID - 787

Birin yandırıb, birin qandırma.

Atalar sözü ID - 788

Birindən soruşdular: qatır niyə səsin çıxartmır?

Atalar sözü ID - 790

Birini evə qoyan yox idi, soruşdu: çuxamı hardan asım?

Atalar sözü ID - 791

Birlik harada, dirilik orada.

Atalar sözü ID - 792

Birlik olmayan yerdə dirilik olmaz.

Atalar sözü ID - 793

Birənin qanın aldın - canın aldın.

Atalar sözü ID - 794

Bismillah deməklə donuz bostandan çıxmaz.

Bu səhifə dəfə baxılıb

......