Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 2814

Məni bir ilan çaldı, dilimi bilən çaldı.

Atalar sözü ID - 2815

Məni xublara möhtac, gözüm, sən eləmisən!

Atalar sözü ID - 2816

Məni sayanın quluyam, saymayanın ağası.

Atalar sözü ID - 2817

Məni yeməyən qurda köpək demərəm.

Atalar sözü ID - 2818

Mənim bişmiş aşıma su calama.

Atalar sözü ID - 2819

Mənzil yaxın, kira çox, bunda bir əlamət var.

Atalar sözü ID - 2820

Mərd ələ yapışar, namərd ayağa, haray!

Atalar sözü ID - 2821

Mərd əli kasad olmaz.

Atalar sözü ID - 2822

Mərd igidlər süfrə açar, ad alar.

Atalar sözü ID - 2823

Mərd kişi çörəyini daşdan çıxardar.

Atalar sözü ID - 2824

Mərd qədrini mərd bilər.

Atalar sözü ID - 2825

Mərd mərdə qənim olar, Mürtəza Əli hər ikisinə.

Atalar sözü ID - 2826

Mərd özündən bilər, namərd özgədən.

Atalar sözü ID - 2827

Mərdə arxa çevir, namərdə vermə yaxa.

Atalar sözü ID - 2828

Mərdə güllə dəyməz heç kürəyindən.

Atalar sözü ID - 2829

Mərdi qova-qova namərd eləmə.

Atalar sözü ID - 2830

Mərdimazarı axtarmaqla deyil, rast gəlməklədir.

Atalar sözü ID - 2831

Mərdin gözü tox olar, namərdin gözü ac.

Atalar sözü ID - 2832

Mərdin qapısı açıq olar!

Atalar sözü ID - 2833

Mərdin paxılı deyilsən ki?

Atalar sözü ID - 2834

Mərəkdə itəni döllükdə axtar.

Atalar sözü ID - 2835

Mərifət manqura dəyməz, simüzər dövranıdır.

Atalar sözü ID - 2836

Məscid qapısıdır, nə sökmək olur, nə yandırmaq.

Atalar sözü ID - 2837

Məscid tikilməmiş kor əsasın dayadı.

Atalar sözü ID - 2838

Məscidin qapısı açıqdır, itin də həyası gərək.

Atalar sözü ID - 2839

Məsəldə münaqişə olmaz.

Atalar sözü ID - 2840

Məzlumun ahı, devirər şahı.

Atalar sözü ID - 2841

Milçək şirəyə yığışar.

Atalar sözü ID - 2842

Milçəyin oluşu bir şey deyil, di gəl ürək bulandırır.

Atalar sözü ID - 2843

Min bilsən, bir biləndən xəbər al.

Atalar sözü ID - 2844

Min qapıda duz dadan bir qapıda bənd olmaz.

Atalar sözü ID - 2845

Min ulduz var, bircə ay.

Atalar sözü ID - 2846

Min yeyənin olsun, bir deyənin olmasın.

Atalar sözü ID - 2847

Minarəyə xərci çıxmayan deyər bəs yerdən göbələk çıxıb.

Atalar sözü ID - 2848

Mindin atın sağrısına, qatlaş yanının ağrısına.

Atalar sözü ID - 2849

Minmə qoduq, vermə cərimə.

Atalar sözü ID - 2850

Mis ki gəldi, saxsı, qaç!

Atalar sözü ID - 2851

Mis sındı, ya cingildədi.

Atalar sözü ID - 2852

Miyançının kisəsi gen olar.

Atalar sözü ID - 2853

Molla alacağın unutmaz.

Atalar sözü ID - 2854

Molla bəyə qoşuldu, xalqın evi yıxıldı.

Atalar sözü ID - 2855

Molla evindən aş çıxmaz, kor gözdən yaş.

Atalar sözü ID - 2856

Molla halvanı gördü, yasini unutdu.

Atalar sözü ID - 2857

Molla Qurandan kəsər, şeytan imandan.

Atalar sözü ID - 2858

Molla Nəsrəddin sağ ola, eşşəklərin qurd yeyə?!

Atalar sözü ID - 2859

Molla olmaq çox hasand, adam olmaq çox çətin.

Atalar sözü ID - 2860

Molla tuluq zurnasıdı, qarnı dolmasa səsi çıxmaz.

Atalar sözü ID - 2861

Mollanı iki yerə çağıranda bağrı çatlar.

Atalar sözü ID - 2862

Mollaya dedilər: qonşuda bir kasıb ölmüş, dedi: naxoşam.

Atalar sözü ID - 2863

Motala dadanan köpək bir də gələr.

Bu səhifə dəfə baxılıb

......