Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 2363

Qabağa keçirsən, deyirlər bicdir, Dala qalırsan, deyirlər gicdir.

Atalar sözü ID - 2364

Qabağım qovurğa qovurur, dalım saman sovurur.

Atalar sözü ID - 2365

Qabağına baxmayanın ayağına daş dəyər.

Atalar sözü ID - 2366

Qaçağı el saxlar.

Atalar sözü ID - 2367

Qaçan da Allahı çağırır, qovan da.

Atalar sözü ID - 2368

Qaçanı qovmazlar, yıxılanı vurmazlar.

Atalar sözü ID - 2369

Qaçırılan fürsət bir də düşməz ələ.

Atalar sözü ID - 2370

Qaçmaq da hünərdəndir.

Atalar sözü ID - 2371

Qaçmaq da hünərdir, qovmaq da.

Atalar sözü ID - 2372

Qafil başın ağrısını beyin bilər.

Atalar sözü ID - 2373

Qafil quşun ovçusu çox olar.

Atalar sözü ID - 2374

Qala içəridən alınar.

Atalar sözü ID - 2375

Qalan işə qar yağar.

Atalar sözü ID - 2376

Qamış bizim eldə bitər, sümsünü ləzgi çalar.

Atalar sözü ID - 2377

Qan eylə qanun ilə.

Atalar sözü ID - 2378

Qan yol verməz.

Atalar sözü ID - 2379

Qanı qan ilə yumayıblar.

Atalar sözü ID - 2380

Qanı su ilə yuyarlar.

Atalar sözü ID - 2381

Qanlı, qapımda nə qayırırsan?
- Qan ayaqlım var!

Atalar sözü ID - 2382

Qanlıdan qada əskik olmaz.

Atalar sözü ID - 2383

Qanlını qan tutar.

Atalar sözü ID - 2384

Qanacaqlı həm qanar, həm qandırar.

Atalar sözü ID - 2385

Qanan ilə daş daşı, qanmazla yemə aşı.

Atalar sözü ID - 2386

Qanan kim, qandıran kim?

Atalar sözü ID - 2387

Qanana bir söz yetər, qanmayana yüz oxu.

Atalar sözü ID - 2388

Qanmaza yumruğunu əvvəl düyünlə, sonra söz qandır.

Atalar sözü ID - 2389

Qanadı quşdan kira istəməz.

Atalar sözü ID - 2390

Qapan it dişin göstərməz.

Atalar sözü ID - 2391

Qapılan qapanın, tapılan tapanındır.

Atalar sözü ID - 2392

Qar dağa çıxar dadlanar.

Atalar sözü ID - 2393

Qar ili - var ili.

Atalar sözü ID - 2394

Qar yağmağıynan qarğa ağarmaz.

Atalar sözü ID - 2395

Qarlı qış barlı olar.

Atalar sözü ID - 2396

Qara dolaşaya qırmızı papuş yaraşmaz.

Atalar sözü ID - 2397

Qara eşşək, ağ palan?!

Atalar sözü ID - 2398

Qara eşşəyin başına yüyən vuranda qatır olmaz.

Atalar sözü ID - 2399

Qara günün ömrü az olar.

Atalar sözü ID - 2400

Qara xəbər tez yayılar.

Atalar sözü ID - 2401

Qara qız bəzənincə toy əldən gedər.

Atalar sözü ID - 2402

Qara qız gəlin oldu, ürəyi sərin oldu.

Atalar sözü ID - 2403

Qara qız gəlməsəydi, külbəni kim odlardı.

Atalar sözü ID - 2404

Qara qızdan xatın olmaz, boz eşşəkdən qatır olmaz.

Atalar sözü ID - 2405

Qara qızın baxtı olsaydı, anadan ağ doğulardı.

Atalar sözü ID - 2406

Qara qul özünü öldürdü ki, ağasına zərəri olsun.

Atalar sözü ID - 2407

Qara qula şahlıq versən, əvvəl nənəsinin əmcəyini kəsər.

Atalar sözü ID - 2408

Qara məni basınca mən qaranı basım.

Atalar sözü ID - 2409

Qaradan artıq boya olmaz.

Atalar sözü ID - 2410

Qarabaxt dağlara çıxanda dağları duman alar.

Atalar sözü ID - 2411

Qaraca üzüm var, doğruca sözüm.

Atalar sözü ID - 2412

Qaraçı qaraçıya öpüş verməz.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed