Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 2614

Qonaq sevənin süfTəsi boş olmaz.

Atalar sözü ID - 2615

Qonaq umduğun yeməz, olduğun yeyər.

Atalar sözü ID - 2616

Qonaqsan - xoş gəlmisən, niyə əliboş gəlmisən?

Atalar sözü ID - 2617

Qonşu aşı dadlı olar.

Atalar sözü ID - 2618

Qonşu çırağı qonşuya işıq salmaz.

Atalar sözü ID - 2619

Qonşu iti qonşuya hürməz.

Atalar sözü ID - 2620

Qonşu, qonşu! - gəl savaşaq.

Atalar sözü ID - 2621

Qonşu qonşudan tez durmaq öyrənər.

Atalar sözü ID - 2622

Qonşu qonşunun itiyini bayatı çağıra-çağıra tapar.

Atalar sözü ID - 2623

Qonşu qonşuya baxar, canını oda yaxar.

Atalar sözü ID - 2624

Qonşu qonşuynan boğuşdu, qaraçıya fürsət düşdü.

Atalar sözü ID - 2625

Qonşu muncuğun oğurlayan gorda taxar.

Atalar sözü ID - 2626

Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!

Atalar sözü ID - 2627

Qonşu payı qarın doyurmaz.

Atalar sözü ID - 2628

Qonşuda bişər, bizə də düşər.

Atalar sözü ID - 2629

Qonşudan gələnnən öynəli olmaz.

Atalar sözü ID - 2630

Qonşum qonşu olsa, kor qızım ərə gedər.

Atalar sözü ID - 2631

Qonşum şah - mən də şah.

Atalar sözü ID - 2632

Qonşun tox - sən də tox.

Atalar sözü ID - 2633

Qonşuna genəş, bildiyini əldən vermə.

Atalar sözü ID - 2634

Qonşunu iki inəkli istə ki, özün də bir inəkli olasan.

Atalar sözü ID - 2635

Qonşunun quzusu qonşuya qoç görünər.

Atalar sözü ID - 2636

Qonşunun şamından işıq düşməz.

Atalar sözü ID - 2637

Qonşuya umud olan şamsız qalar.

Atalar sözü ID - 2638

Qora ikən möyüz oldum.

Atalar sözü ID - 2639

Qorx qorxmazdan, utan utanmazdan.

Atalar sözü ID - 2640

Qorx payızdan - qabağınca qış gəlir, Qorxma qışdan - qabağınca yaz gəlir.

Atalar sözü ID - 2641

Qorx Tanrıdan qorxmayandan.

Atalar sözü ID - 2642

Qorxağın səsi gur olar.

Atalar sözü ID - 2643

Qorxaq bəzirgan nə xeyir elər, nə ziyan.

Atalar sözü ID - 2644

Qorxaq daşın böyüyündən yapışar.

Atalar sözü ID - 2645

Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol.

Atalar sözü ID - 2646

Qorxaq hər şeyi dörd görər.

Atalar sözü ID - 2647

Qorxaq qaçar hay gəlməmiş, çırmanar keçməyə çay gəlməmiş.

Atalar sözü ID - 2648

Qorxan bəzirgan olmaz.

Atalar sözü ID - 2649

Qorxan it uzaqdan hürər, yaxınnan quyruq bular.

Atalar sözü ID - 2650

Qorxu adama yalan dedirdər.

Atalar sözü ID - 2651

Qorxulu baş salamat olar.

Atalar sözü ID - 2652

Qorunan gözə çöp düşər.

Atalar sözü ID - 2653

Qovanın gücü varsa, qaçanın da Allahı var.

Atalar sözü ID - 2654

Qovurğanın yananı çatlar.

Atalar sözü ID - 2655

Qoy desinlər: Alabaş da yar yolunda can qoyur.

Atalar sözü ID - 2656

Qoy mən qaşoy götürüm, sən şıllaq at.

Atalar sözü ID - 2657

Qoy mənim inəyim südlü olsun, vursun sərnici sındırsın.

Atalar sözü ID - 2658

Qoyma xaldan xal olmaz, xal özü əsli gərək.

Atalar sözü ID - 2659

Qoyun da keçi ayağına gedərmiş.

Atalar sözü ID - 2660

Qoyun dediyin eşmə bağırsaqdır, dalısı heç üzülməz.

Atalar sözü ID - 2661

Qoyun deyir: məni çək xarabaya, səni çıxarım abadanlığa.

Atalar sözü ID - 2662

Qoyun qırxılıq altında qurdu unudar.

Atalar sözü ID - 2663

Qoyun quzusunun ayağını tapdamaz.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed